Dos. Dr. Gürsəl TURQUT
Dr. Gürsel Turgut
Dos. Dr. Gürsəl Turqut, İstanbul Üniversitetinin Tibb Fakultəsini 1992-ci ildə bitirmişdir. 1992-1994 illər arasında Galatasaray İdman Klubunun Sağlamlıq Mərkəzində Məsul Futbol Komandası Həkimi olaraq işləmişdir. E.U. İdman həkimliyində çox qısa müddət davam edən asistent işindən istefa verərək Amerikan Xəstəxanasında təcili məsul həkim olaraq işləməyə başladı.

Estetik Plastik Cərrahiyə İxtisasına 1994-cü ildə Şişli Eftal xəstəxanası, Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasında başladı. 2000-ci ildə uzman olduğu klinikada və Nişantaşında özünə aid olan RESUME Estetik Cərrahiyə Mərkəzində araşdırmalarına və özəl təbabətə davam edir.

1998-ci ildə Köln-Almaniyada St. Agatha Krankenhaus Plastische Chirurgie Xəstəxanasında asistent olaraq işləmişdir. Yenə 1999-cu ildə Hamburgda Berufgenossenchaftliches Unfallkrankenhaus Handchirurgie Klinikasında bir müddət təhsil aldı. 2003-cü ildə Belçikada cərrah olaraq gəldiyi Division of Maxillofacial Surgery Klinikasında sərbəst flep və təcili üz travması əməliyyatlarını həyata keçirdi və eyni zamanda çənə cərrahiyəsi üzrə təcrübələrini artırdı. 2004-cü ildə Amerikada; New York Universiteti Tibb Fakultəsi Institute of Reconstructive Plastic Surgery, North Caroline’da UNC College of Dentistry’de Division of Maxillofacial Surgery ve Mount Sinai School of Medicine Division of  Maxillofacial Surgery üz-çənə cərrahiyə mərkəzlərinə təcrübələrini artırmaq üçün getdi. Türkiyədə də İTU Kimya Fakultəsində Prof. Dr. Əkrəm Əkinçi ilə karbon köpüklərin medikal implant olaraq istifadəsi üzərində işləməyə davam edir. Eyni zamanda Pakize Tarzı Klinikası və Genkord Kök Hüceyrə və Qan Bankı ilə Türkiyə də ilk dəfə diabetik xəstələrdə ayaqlardakı yara problemləri üçün kök hüceyrə tətbiqini həyata keçirmişdir.
Hələ də Türkiyədə 3 ölçülü dizayn və tərsinə mühəndislik tətbiqini ilk olaraq həyata keçirən Dos. Dr. Turqut eyni zamanda mikrocərrahiyə metodlarından istifadə edərək bütün bədəndə və döşdə yaranan xərçəng və travma kimi səbəblərlə yaranan burun-qulaq döş kimi orqanların əksiklərini tamamlayıcı əməliyyatlar həyata keçirir və döş kiçiltmə və estetik burun əməliyyatlarında özünə aid metodları vardır.


Gürsəl Turqut MD
Esthetic- Plastic Reconstructive Surgery
Craniomaxillofacial Surgery
_______________________________
e-mail:
gturgut etpromedart.com
gturgutmd etgmail.com

web:
www.gurselturgut.com
www.promedart.com
www.meme-estetik.com

tel:
0090 212 2917666
fax:
0090 212 2919626

Adres:
Türkiyə, İstanbul, Nişandaşı, Valikonağı prosp. Çimen bl.№ 79/4 – Mango Qarşısı
 

http://www.gurselturgut.com
 
cerrahi

meme_estetik
burun_estetik

sacekimi
3d_onarimlar

kozmetik