Döşün yenidən formalaşdırılması (Rekonstruksiya)

Döş rekonstruksiyası prosesində yer alan bir çox variant var. Bəlkə də əsas bu soruşulmalıdır: döş rekonstruksiyası sizin üçün doğru bir seçimdirmi? On minlərlə döş xərçəngi xəstəsi üçün bu sualın cavabı bəli olmuşdur.

Bu gün, mastektomiya keçirmiş qadınların çoxu döş rekonstruksiyası üçün ən doğru namizəddir. Mastektomiyadan sonra, qadınlar bir çox müxtəlif rekonstruksiya metodlarına üstünlük verirlər. Bəziləri özlərini əksikli hiss edirlər və ya qadın kimi hiss etmirlər. Bir çox qadın üçün, döş rekonstruksiyası, özünü daha yaxşı hiss etmək və həyata yenidən başlaya bilmək üçün bir yoldur.

Daha tez və daha asan döş rekonstruksiyası

Döş rekonstruksiyasını seçən qadınlar üçün daha asan və daha yeni cərrahi əməliyyatlar mövcuddur və bunlar əsasən uğurlu nəticə verir. Bu yeni cərrahi metodlardan birinə bir mərhələli döş rekonstruksiyası deyilir və broşurada da açıqlanmışdır.

Mastektomiya nədir?

Mastektomiya, xərçəngli və ya xərçəngöncesi hüceyrə inkişafı səbəbiylə süd vəzisi toxumasının alınmasıdır. Bir mastektomiya zamanı alınan toxuma miqdarı hər zaman meme_6eyni olmur; xərçəngin böyüklüyü və hansı mərhələdə olduğuna, növünə və xəstənin fərdi üstünlüklərinə görə dəyişə bilir.


Döşün anatomiyası
Döş, yağ, glandulyar və fibroz toxumalardan ibarətdir. Döşün altında qol hərəkətinə kömək edən böyük bir əzələ olan pectoralis major vardır.

meme_1

Döş rekonstruksiyası üçün vaxtın seçilməsi

Döş rekonstruksiyası, mastektomiya ilə eyni əməliyyat zamanı aparıla bilər. Buna erkən rekonstruksiya deyilir və ya mastektomiyadan həftələr və hətta illər sonra da aparıla bilər. Buna da gec rekonstruksiya deyilir. Fərdi şəraitinizlə əlaqədar olaraq, siz və həkiminiz, hansı metodun sizin üçün ən doğru metod olduğuna birlikdə qərar verə bilərsiniz.

Erkən rekonstruksiya

Erkən döş rekonstruksiyasını həyata keçirməyin üstünlükləri, döşünüzün mastektomiya zamanı eyni əməliyyat içərisində bərpa olmasıdır. Beləliklə, bir əməliyyat və sağalma dövrü keçirmiş olacaqsınız. Bununla sadəcə bir döşünüzün olması kimi bir vəziyyəti yaşamaqdan özünüzü qurtara biləcəksiniz.

Gec rekonstruksiya

Gec rekonstruksiyanın üstünlükləri, ilk olaraq xərçəngdən sağalmağınıza və yenidən gücünüzü qazanmağınıza şərait yaratmasıdır. Döş rekonstruksiyasını gecikdirmək, sizə mümkün variantları gözdən keçirmək və döş rekonstruksiyası haqqında kifayət qədər məlumatladırıldıqdan sonra, düşünərək qərarınızı verə bilməyiniz üçün daha çox vaxt verir.

Döş rekonstruksiyasının metodları

Döşünüzü bərpa etməyin mütəlif yolları vardır. Həkiminizlə birlikdə seçdiyiniz metod aşağıdakılar da daxil olmaqla müxtəlif faktorlarla əlaqədardır:

*Sağlamlığınız və həyat tərziniz
*Bədən tipiniz
*Döşünüzün ölçüsü
*Şəxsi istəyiniz
*Geri qalan toxuma və dəri miqdarı

Döş rekonstruksiyası, öz bədən toxumanızdan, döş implantlarından və ya öz toxumanız və bir döş implantından birlikdə istifadə edərək həyata keçirilir. Həkiminizlə bütün imkanlar haqqında müzakirə edərək, sizin üçün doğru olan bir qərar verə bilərsiniz.

Döş rekonstruksiyası üçün öz toxumanızdan istifadə

Latissimus dorsi flep

meme_7
Döşlərinizin öz toxumanızın istifadəsi ilə bərpası üçün istifadə edilən üsullardan biri də “latissimus dorsi flep”dir. Bu prosedura zamanı, kürəyimizdəki və ya qolumuzun altındakı bir dəri hissəsi və əzələ alınaraq döşlərinizin bərpası üçün lazımi nahiyəyə gətirilir. Kürəyinizdəki dəri və əzələ normal olaraq olduqca nazik olduğuna görə, yeni döşlərinizə daha dolğun bir forma vermək üçün bu metod bəzən bir döş implantı ilə birlikdə istifadə edilir.


Döş implantı ilə implantsız latissimus dorsi flap

Addım 1: kürəkdəki donor nahiyədən dəri flepi və əzələ alınır.

Addım 2: toxuma mastektomiya yerinə qaldırılır və bir döş çıxıntısı yaradılmaq üçün istifadə edilir.

Addım 3: döş çıxıntısını əmələ gətirmək üçün bir implantdan da istifadə edilə bilər.

Tram flep
meme_8
Döşlərinizi öz toxumanızdan istifadə edərək bərpa etməyin başqa bir metodu da TRAM Flep-dir. Bu prosedurada, qarın nahiyəsindəki yağ və əzələ alınaraq döşləri bərpa etmək üçün döş nahiyəsinə gətirilir. Bəzən qarın nahiyəsinə gedən qan miqdarının və bağlantısının qorunması mümkündür. Belə olmadığı zaman qarın toxumasındakı qan damarları mikrocərrahiyə ilə döş nahiyəsinə bağlanmalıdır.


Addım 1: mastektomiya həyata keçirilir və donor nahiyəyə işarə qoyulur.

Addım 2: düz əzələ və toxuma flepi döşə doğru sürüşdürülür.
Addım 3: nəticə


İmplantlarla döş rekonstruksiyası

Bir mastektomiya zamanı, cərrah dəri və döş toxumasını çıxarır və döş toxumalarını yastı və gərgin vəziyyətə gətirir. Uzun müddətli bir implant yerləşdirilməzdən əvvəl döş toxuması implanta yer açmaq üçün genişlədilməlidir. Bu proseduraya toxumanın genişlətilməsi deyilir. Tipik olaraq iki və ya bir mərhələdə aparıla bilər.

İki mərhələli döş rekonstruksiyası

İmplantlarla həyata keçirilən iki mərhələli bir döş rekonstruksiyası çox məşhur bir metoddur. Bu prosedura mastektomiya ilə eyni anda və ya sonrakı bir mərhələdə (gec) həyata keçirilə bilər.

Necə həyata keçirilir?
meme_9Döşə keçici bir döş toxuması genişlədicisi yerləşdirilir. Həftələr ərzində həkiminiz genişlədicini yavaş-yavaş duzlu suya bənzər bir maye olan salinlə doldurur. Bu prosedura zamanı dəriniz yavaş yavaş gərilir və implantın qoyula biləcəyi bir formada yer qalır. Bədən, hamilə bir qadının qarnının yavaş-yavaş böyüməsinə öyrəşdiyi kimi, implantın böyüməsinə də yavaş yavaş öyrəşır.


 
cerrahi

meme_estetik
burun_estetik

sacekimi
3d_onarimlar

kozmetik